Rusiyanın hücumları davam etsə də, Kiyev sakinləri gündəlik həyatlarını davam etdirirlər. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, şəhərdə üç milyondan çox insan hücumlar altında yaşamağa çalışır.
Sakinlər siren səsləri arasında işə gedir və küçələrdə hərəkət edirlər. Gecələr isə çox sayda insan təhlükəsizlik üçün metro stansiyalarına sığınır. Kiyev əhalisi ağır şəraitə baxmayaraq normal həyata qayıtmağa çalışır.
//Nəzər.Media
