Almaniya millisinin futbolçusu Tim Kleindienst uzun fasilədən sonra geri dönüşə hazırlaşır. Nəzər.Media İngiltərənin “GOAL” qəzetinə istinadən xəbər verir ki, o, Dünya Kubokuna düşmək şansının az olsa da, hələ mövcud olduğunu bildirib.
Futbolçu bir il əvvəl aldığı menisk zədəsindən sonra mövsümün son oyunlarında meydana qayıtmağı hədəfləyir. “Borussiya Mönxenqladbax”ın heyətində çıxış edən hücumçu komandasına kömək edə bilmədiyi üçün çətinlik yaşadığını deyib. Baş məşqçi Julian Naqelsmann ilə əlaqədə olduğunu qeyd edən Kleindienst Dünya Kubokunda xüsusi an yaşamağa ümid edir.
//Nəzər.Media
