Fransanın Bordo limanında dayanan kruiz gəmisində norovirus şübhəsi qeydə alınıb. Nəzər.Media Türkiyənin “Hürriyət “qəzetinə istinadən xəbər verir ki, gəmidə olan 1700-dən çox sərnişin və heyət üzvü karantinə alınıb.
Təxminən 50 nəfərdə qusma, ürəkbulanma və ishal əlamətləri aşkarlanıb. 90 yaşlı bir sərnişinin həyatını itirdiyi bildirilib. Mütəxəssislər virusun yayılmaması üçün gəmidə ciddi nəzarət tədbirləri tətbiq edib.
//Nəzər.Media
