
İNGİLİS DİLİ KURSU-TÜRKİYƏDƏ TƏHSİL-UKRAYNADA TƏHSİL
TELEFON:+99470-511-22-88
Kuba hökuməti səfiri Basilio Qutyerresi “arzuolunmaz şəxs” elan edən Ekvadora sərt reaksiya verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, Havana bu qərarın əsassız və özbaşına olduğunu bildirib.
Kuba Xarici İşlər Nazirliyi Ekvadorun diplomatik qaydalara hörmət etmədiyini vurğulayıb. Qeyd olunub ki, bu addım iki ölkə arasındakı tarixi dostluq münasibətlərinə ciddi zərbə vurur.
Ekvador hökuməti isə Kuba səfiri və digər diplomatların 48 saat ərzində ölkəni tərk etməsini tələb edib. Yerli mediaya görə, prezident Daniel Noboa həmçinin Kubadakı səfirini geri çağırıb və diplomatik əlaqələrin dayandırılması prosesi başlayıb.
//Nəzər.Media
