Kubada ümummilli elektrik sistemi sıradan çıxıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, ölkə tamamilə işıqsız qalıb.
Kuba Elektrik Birliyi bununla bağlı rəsmi açıqlama yayıb. Bildirilib ki, elektrik enerjisi sistemi tam fəaliyyətini dayandırıb. Elektrik kəsintisinin səbəbi hələ açıqlanmayıb. Ölkədə iyul ayında da üç dəfə genişmiqyaslı elektrik kəsintisi qeydə alınmışdı. Mütəxəssislər köhnəlmiş infrastruktur və iqtisadi çətinliklərin vəziyyəti daha da ağırlaşdırdığını bildirirlər.
//Nəzər.Media
