ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner İsrailin Baş naziri Binyamin Netanyahu ilə görüşüb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, görüş İsraildə keçirilib.
Tərəflər Qəzzənin silahsızlaşdırılması barədə razılaşıblar. Bunun üçün iki işçi qrupunun yaradılması qərara alınıb. Qruplardan biri silahsızlaşdırma və İsrail ordusunun Qəzzədən çıxarılmasına baxacaq. Digər qrup isə Qəzzədə təmiz su, kanalizasiya və səhiyyə məsələləri ilə məşğul olacaq.
//Nəzər.Media
