Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ Dövlət Katibi Marko Rubio ilə Manilada görüşüb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, danışıqlar qısa davam edib.
Tərəflər Ukrayna münaqişəsini müzakirə ediblər. Rusiya Kiyevə silah tədarükünün dayandırılmasını istəyib. ABŞ isə bu siyasətdə dəyişiklik olmadığını bildirib. Rubio münaqişənin həlli üçün yeni yanaşmalara ehtiyac olduğunu vurğulayıb. Görüş Ukrayna böhranının həlli ilə bağlı konkret nəticə verməyib.
//Nəzər.Media
