Rusiyanın xarici işlər naziri Sergey Lavrov yeni açıqlamalar verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Lavrov ölkəsinin yaxın tarixinə toxunub.
Lavrov bildirib ki, SSRİ dağılandan sonra Rusiya ağır böhran dövrü yaşayıb. Onun sözlərinə görə, Boris Yeltsinin hakimiyyəti Vladimir Putinə təhvil verməsi ölkə üçün dönüş nöqtəsi olub. Lavrov iddia edib ki, Qərb Rusiyanı zəiflətmək və parçalamaq siyasəti yürüdür. O, NATO-nun genişlənməsi ilə bağlı verilən vədlərin yerinə yetirilmədiyini də bildirib. Lavrov Ukrayna münaqişəsinin dondurulmuş vəziyyətdə qalmasını qəbul etməyəcəklərini vurğulayıb. Nazir Rusiyanın qarşıya qoyduğu məqsədlərə çatmaqda qərarlı olduğunu da əlavə edib.
//Nəzər.Media
