Rusiyanın Leninqrad vilayətində PUA hücumu olub. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisədə 3 nəfər yaralanıb.
Hücum “Wildberries” şirkətinə məxsus anbara edilib. Zərbə nəticəsində anbarda yanğın baş verib. Yaralılar xəstəxanaya yerləşdirilib. Digər PUA isə Kirov rayonunda yerləşən quşçuluq müəssisəsinin anbarına düşüb. Hadisə yerində qismən uçqun qeydə alınıb, xəsarət alan olmayıb. Hücumdan sonra şirkət bölgədəki bəzi logistika mərkəzlərinin fəaliyyətini müvəqqəti dayandırıb.
//Nəzər.Media
