Dominik Livakoviçin gələcəyi qeyri-müəyyən olaraq qalır. Nəzər.Media “CNN Türk”ə istindən xəbər verir ki, qapıçının yeni addımı diqqət çəkib.
İddialara görə, xorvatiyalı futbolçu “Fənərbağça” ilə müqaviləsini qarşılıqlı razılıq əsasında ləğv etmək istəyir. “Dinamo Zaqreb” isə onun transferi ilə maraqlanmağı davam etdirir. Bildirilir ki, Livakoviçin meneceri bazar ertəsi İstanbulda klub rəhbərliyi ilə görüşəcək. Tərəflər müqavilənin ləğvi və maliyyə məsələlərini müzakirə edəcəklər. Görüşdə qapıçının “Dinamo Zaqreb”ə mümkün qayıdışı da gündəmə gələcək.
//Nəzər.Media
