İsrail və Livan nümayəndələri Vaşinqtonda danışıqların beşinci mərhələsini keçiriblər. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, görüşdə ABŞ rəsmiləri də iştirak ediblər.
Buna baxmayaraq, İsrail Livanın cənubuna hücumlarını davam etdirib.Son zərbələr nəticəsində 2 nəfər həlak olub, 2 nəfər yaralanıb.ABŞ bölgədəki vəziyyəti izləmək üçün yeni nəzarət mexanizmi yaradıb.
//Nəzər.Media
