Liviyanın Nümayəndələr Palatası Türkiyə ilə dəniz səlahiyyətlərinin müəyyənləşdirilməsinə dair sazişi təsdiqləyib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verir ki, qərar iki ölkənin dəniz sahələrində əməkdaşlığı baxımından əhəmiyyət daşıyır.
Saziş Aralıq dənizində dəniz sərhədləri və səlahiyyət sahələri ilə bağlıdır. Qərarın bölgədə siyasi və iqtisadi müzakirələrə təsir göstərəcəyi gözlənilir. Sazişin tətbiqi ilə bağlı əlavə detallar açıqlanmayıb.
//Nəzər.Media
