• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

Məktəbli formalarının qiymətləri açıqlandı - SİYAHI

27 Avqust, 26 / 15:28
A A
Məktəbli formalarının qiymətləri açıqlandı - SİYAHI

Məktəb formalarının qiymətlərinə tətbiq olunan endirimlər davam edir. Belə ki, şalvar və ətəklərin qiyməti 20 manatdan 15 manata endirilib.

“Bakı Tikiş Evi” (BTE) ASC-nin satış üzrə müdiri Etibar Əzimov APA-ya açıqlamasında bildirib ki, bu il jaketlərin qiyməti də 30 manatdan 20-22 manata endirilib.

Qeyd edilib ki, həmin endirimli qiymətlər cari ildə də qüvvədədir.

O vurğulayıb ki, köynək və polo köynəklərin qiyməti qısaqol modellər üçün 12 manat, uzunqol modellər üçün isə 14 manatdır. Məhsullar 100 faiz pambıq parçadan hazırlanır.

“Satış mərkəzləri ilboyu fəaliyyət göstərir. Məktəb mövsümü ərəfəsində isə bütün şənbə və bazar günləri də daxil olmaqla, həftənin bütün günləri, ayın 15-dək fəaliyyət göstərəcəklər. Satış mərkəzlərinin ünvanları, əlaqə nömrələri, qaynar xətt və digər məlumatlar müəssisənin “Instagram” səhifəsində, eləcə də Bakı Tikiş Evinin internet saytında yerləşdirilib”, – deyə o bildirib.

BTE həmçinin valideynlərə müraciət edərək, məktəb formalarını təsadüfi satış yerlərindən almamağı tövsiyə edib:

“Valideynlərə təsadüfi satış yerlərindən mənşəyi və keyfiyyəti məlum olmayan məktəb formalarını almamaq tövsiyə olunur. Belə məhsulların hansı materialdan hazırlandığı məlum olmaya, həmçinin onların keyfiyyət və uyğunluq sertifikatları olmaya bilər.

Valideynlərə fabrik istehsalı olan, sertifikat və zəmanətlə təmin edilən məhsullara üstünlük vermələri tövsiyə edilir. Məktəb formalarına bir il zəmanət verilir və bu müddət ərzində onların keyfiyyətində heç bir dəyişiklik olmayacağına zəmanət verilir”, – deyə müraciətdə bildirilib.

//milli.az

Previous Post

Bu ölkədən ölkəmizə gələnlərin sayında artım gözlənilir

Next Post

Elza Seyidcahan Laçında bu obrazı ilə gündəm oldu -VİDEO

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.