Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti və müvafiq idman federasiyalarının dəstəyi ilə ilk dəfə təşkil olunan Məktəblilərin Respublika İdman Olimpiadası çərçivəsində velosiped idman növü üzrə yarışlara yekun vurulub. Bakı Veloparkında keçirilən 2-ci yarış günündə şose velosipedi üzrə 2 kateqoriyada qaliblər müəyyənləşib.
Qızların 10 km məsafəyə qrup ötüşməsində Respublika Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Uşaq-Gənclər Velosiped Məktəbinin (ROEİUGVM) təmsilçisi Məryəm Hüseynova 21 dəqiqə, 31 saniyə göstərici ilə finiş xəttini birinci keçib. Onun komanda yoldaşı Marina Akimova 2-ci (23:00), “Təhsi…
