Yunanıstanın Zakintos adasındakı Navagio çimərliyi bağlanıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, qərar sürüşmə təhlükəsi səbəbindən verilib.
Çimərliyə giriş və ərazidə üzmək qadağan edilib. Qayıqların sahilə yaxınlaşmasına da məhdudiyyət qoyulub. Qadağanın turizm mövsümü boyunca qüvvədə qalacağı bildirilib.
//Nəzər.Media
