Macarıstanda döyüş təyyarəsi qəzaya uğrayıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə Solnok şəhəri yaxınlığında baş verib.
Pilot son anda xilas olub. “Gripen” tipli təyyarənin hansı səbəbdən düşdüyü hələ məlum deyil. Qəza ilə bağlı araşdırma başlanıb və ilkin məlumata görə, xəsarət alan olmayıb.
//Nəzər.Media
