• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Makqreqor yenə UFC-yə qayıdır - Tarixi açıqladı

20 İyul, 26 / 14:11
A A
Makqreqor yenə UFC-yə qayıdır - Tarixi açıqladı

UFC-nin iki çəki dərəcəsi üzrə sabiq çempionu Konor Makqreqor son döyüşündə aldığı zədə ilə bağlı açıqlama verib.

İrlandiyalı döyüşçü “X” sosial şəbəkəsində paylaşdığı məlumatda sağ dizində ön çarpaz bağ və menisk zədəsi aşkarlan­dığını bildirib. O qeyd edib ki, bu zədə əvvəllər Maks Holloueylə keçirdiyi ilk qarşılaşmada aldığı zədəyə bənzəyir, lakin bu dəfə digər ayağında baş verib.

Konor Makqreqor bildirib ki, həmin zədədən sonra doqquz ay ərzində bərpa olunaraq yenidən yarışlara qayıtmışdı. Onun sözlərinə görə, müasir tibbin imkanları və hazırlıq metodları nəzərə alınarsa, gələn yay yenidən oktaqona çıxmaq ehtimalı yüksəkdir.

Döyüşçü hazırkı vəziyyətinin yaxşı olduğunu da vurğulayıb. O, artıq qoltuqağacından istifadə etmədiyini, ayaq trenajorunda məşqlərə başladığını və heç bir narahatlıq hiss etmədən sərbəst yeriyə bildiyini qeyd edib.

Xatırladaq ki, Konor Makqreqor iyulun 12-də beş illik fasilədən sonra UFC-yə qayıdaraq Maks Holloueylə üz-üzə gəlmişdi. Lakin aldığı diz zədəsi səbəbindən qarşılaşma ilk raundda dayandırılmış və Maks Hollouey qalib elan edilmişdi.

Qeyd edək ki, Konor Makqreqor peşəkar MMA karyerası ərzində 29 döyüş keçirib. O, bu qarşılaşmaların 22-də qələbə qazanıb, 7-də isə məğlub olub.

//milli.az

Previous Post

Gözlərdə quruluq və yanma hissinin səbəbi nədir? - Oftalmoloqdan açıqlama

Next Post

İsmayıllıda qəzada həlak olan motosikletçinin fotosu

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.