Sentyabrın 15-də Malayziyanın Milli Günü münasibətilə Bakıda rəsmi qəbul təşkil olunub. Qəbulda əvvəlcə Malayziyanın Azərbaycan Respublikasına yeni təyin olunmuş səfiri Aznifah İsnariah binti Abdul Qani çıxış edərək qonaqları salamlayıb.
Gənclər və idman naziri Fərid Qayıbov çıxışında bildirib ki, Azərbaycan və Malayziya arasında siyasi və iqtisadi əlaqələrlə yanaşı, humanitar sahədə də əməkdaşlıq uğurla inkişaf edir. Nazir həmçinin gənclər və idman sahələrində əməkdaşlığın artan dinamika ilə inkişaf etdiyini vurğulayıb.
Tədbir bədii hissə ilə davam edib.
