Əfsanəvi futbolçu Diego Maradonanın ölümü ilə bağlı məhkəmə davam edir. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, həkimlər onun ölümündən əvvəl təzyiq dərmanlarını dayandırdığını bildirib.
İddialara görə, ev şəraitində aparılan müalicə kifayət etməyib. Prokurorluq ölümün qarşısının alına biləcəyini açıqlayıb. İş üzrə bir neçə tibb işçisi məhkəmə qarşısına çıxarılıb.
//Nəzər.Media
