ABŞ-ın “Perseverance” araşdırma aparatı Marsda rekord məsafə qət edib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, aparatın bu uğuru NASA tərəfindən açıqlanıb.
Aparat 2021-ci ilin fevralından bəri 45,2 kilometr yol gedib. Bununla o, əvvəlki rekordçu “Opportunity” aparatını geridə qoyub. “Perseverance” Marsda qədim həyat izlərini və planetin geoloji tarixini araşdırır.
//Nəzər.Media
