“SpaceX” şirkətinin rəhbəri İlon Mask Ukraynada istifadə olunan Starshield peyk rabitə sisteminin ABŞ-ın nəzarətində olduğunu bildirib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Mask bu sistem üzərində nəzarətin ABŞ hökumətində olduğunu vurğulayıb.
Maskın açıqlaması Ukraynanın peyk rabitə imkanları ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Starshield hərbi məqsədlər üçün nəzərdə tutulan peyk rabitə sistemidir.
//Nəzər.Media
