11 iyul qadınlardan ibarət U-20 millimiz Bolqarıstanın Samokov şəhərində keçirilən Avropa çempionatı B divizionunda 9-14-cü yerlər uğrunda görüşdə Rumıniya seçməsi ilə qarşılaşıb. Oyun millimizin 64:50 hesablı qələbəsi ilə yekunlaşıb. Millimiz son oyununu 12 iyul Bakı vaxtı ilə saat 19:00-da İsveçrə yığmasına qarşı keçirəcək. Məlumat üçün bildirək ki, millimiz İsveçrəyə qalib gələrsə, Avropa çempionatını 10-cu sırada bitirəcək.
