Türkiyədə yol qəzası baş verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, hadisə Bitlisdə baş verib.
Qəza zamanı minik avtomobili 4 yaşlı uşağı vurub. Qəza uşağın ölümünə səbəb olub. Minik avtomobilin sürücüsü polis tərəfindən saxlanılıb. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
