Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, hadisə Karamanda baş verib.
Hadisə zamanı minik avtomobili və elektirikli velosiped toqquşub. Zərbənin təsirindən velosiped iki yerə parçalanıb. Qəza zamanı 1 nəfər yaralanıb. Yaralanan 13 yaşlı uşaq dərhal xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
