Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, hadisə Kastamonda baş verib.
Hadisə zamanı minik avtomobili və yük maşını toqquşub. Zərbənin təsirindən yük maşını aşıb. Qəza zamanı 1 nəfər yaralanıb. Yaralı şəxs dərhal xəstəxanaya yerləşdirilib. Polis qəza ilə bağlı araşdırmalara başlayıb.
//Nəzər.Media
