Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstək göstərilməsi ilə bağlı qərar qəbul edib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən verir ki, qərar Prezident Əbdülfəttah əs-Sisiyə lazımi addımları atmaq səlahiyyəti verir.
Qərarın Yəməndəki husilərin Səudiyyə Ərəbistanına hücumları ilə bağlı olduğu bildirilir. Misir Səudiyyə Ərəbistanının müraciəti əsasında onun müdafiəsinə hərbi dəstək göstərə bilər. Rəsmi Qahirə bu dəstəyin müdafiə məqsədi daşıyacağını vurğulayıb.
//Nəzər.Media
