Misir regional təhlükəsizlik məsələlərində Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı ilə əlaqələri gücləndirmək istəyir. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Qahirə bu ölkələrlə birgə fəaliyyəti genişləndirməyi planlaşdırır.
Əməkdaşlığın əsas istiqaməti Yaxın Şərqdə sabitliyin qorunmasıdır. Tərəflər bölgədəki gərginliyin azaldılması üçün məsləhətləşmələri davam etdirirlər. Bu yaxınlaşmanın regional qüvvələr nisbətinə təsir göstərə biləcəyi bildirilir.
//Nəzər.Media
