Moskva növbəti dəfə PUA hücumuna məruz qalıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Hücumda 390-dan çox pilotsuz uçuş aparatından istifadə olunduğu bildirilir.
Moskva meri Sergey Sobyanin hava hücumundan müdafiə qüvvələrinin PUA-ların əksəriyyətini şəhərə çatmadan məhv etdiyini açıqlayıb. Buna baxmayaraq, bəzi yaşayış evlərinə və tikililərə ziyan dəyib. Bir evdə yanğın baş versə də, xəsarət alanların olmadığı bildirilib. Hücum səbəbindən Moskvanın Vnukovo, Domodedovo və Jukovski hava limanlarının fəaliyyəti müvəqqəti məhdudlaşdırılıb. Rusiya tərəfi hadisə ilə bağlı vəziyyətin nəzarət altında olduğunu açıqlayıb.
//Nəzər.Media
