Türkiyədə yol qəzası baş verib. Nəzər.Media “haberler.com” saytına istinadən xəbər verir ki, hadisə İstanbulda baş verib.
Hadisə zamanı motosikletə çırpılan avtomobil aşıb. Motosikletin sürücüsü son anda avtomobilin üstünə aşmasından xilas olub. Ancaq buna baxmayaraq motosikletin sürücüsü qəza da xəsarət alıb. O dərhal xəstəxanaya yerləşdirilib. Qəza ilə bağlı araşdırmalara başlanılıb.
//Nəzər.Media
