Avropada davam edən isti hava dalğası quraqlıq təhlükəsini artırıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Almaniyanın Münhen şəhərində suya qənaət tədbirləri gücləndirilib.
Bələdiyyə avtomobillərin yalnız xüsusi yuma məntəqələrində yuyulmasına icazə verib. Həmçinin şəxsi hovuzların doldurulması və yaşıl sahələrin suvarılması məhdudlaşdırılıb. Ev və həyətyanı bağların gündüz saatlarında suvarılması da qadağan edilib. Qaydalara əməl etməyənlər 50 min avroyadək cərimələnə bilər. Məhdudiyyətlərin avqustun 1-dək qüvvədə qalacağı, quraqlıq davam edərsə müddətin uzadıla biləcəyi bildirilib.
//Nəzər.Media
