• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

Musiala 4 gün ərzində 2-ci dəfə meydanda huşunu itirdi - Diaqnozu açıqlandı

19 Avqust, 26 / 19:13
A A
Musiala 4 gün ərzində 2-ci dəfə meydanda huşunu itirdi - Diaqnozu açıqlandı

“Bavariya”nın yarımmüdafiəçisi Camal Musiala son günlərdə ikinci dəfə huşunu itirməsi ilə gündəmə gəlib.

23 yaşlı futbolçu “Haydenhaym”la keçirilən yoldaşlıq oyununda (2:4) qarşılaşmanın ikinci hissəsində meydana daxil olub. Lakin bir neçə dəqiqə sonra özünü pis hiss edən Musiala yerə yıxılıb. Həkimlərin müdaxiləsindən sonra ayağa qalxan futbolçu meydanı tərk edib.

Qeyd edək ki, Musiala avqustun 15-də “Leypziq”lə keçirilən yoldaşlıq matçında (3:1) da huşunu itirmişdi. Həmin vaxt onun səhhətində yaranan narahatlığın yüksək temperaturla əlaqəli olduğu bildirilmişdi.

Son hadisədən sonra Camal Musiala sosial şəbəkə hesabında səhhəti ilə bağlı açıqlama yayıb. Futbolçu vəziyyətinin yaxşı olduğunu və ona müvafiq tibbi yardım göstərildiyini bildirib:

“Ən vacibindən başlayım – mən yaxşıyam! Məndə müalicəsi asan olan və nevroloji disfunksiyadan qaynaqlanan qısamüddətli, müvəqqəti huşsuzluq epizodları diaqnozu qoyulub. Bilirəm ki, ilk baxışdan bu, qorxulu görünə bilər, lakin mənim üçün hazırda bu, sadəcə gündəlik həyatın bir hissəsidir.

Mən bu istiqamətdə mümkün olan ən yaxşı tibbi yardımı alıram və çox nikbinəm. Əsas odur ki, bundan başqa hər hansı əlavə sağlamlıq riski yoxdur. Ümumilikdə özümü çox yaxşı hiss edirəm və doğru yoldayam”.

Musiala həmçinin ona göstərilən dəstəyin vacibliyini vurğulayıb. O, komandası və azarkeşləri ilə birlikdə qələbələr və titullar uğrunda mübarizəni davam etdirmək istədiyini qeyd edib.

“Mənə ən çox kömək edən şey komandamla birlikdə və sizin inanılmaz dəstəyinizlə qələbələrə, titullara doğru irəliləməyə davam etməkdir”, – deyə futbolçu bildirib.

//milli.az

Previous Post

Türkiyədə polis idarəsinin həyətinə dron düşdü - VİDEO

Next Post

Baş həkim işdən çıxarıldı

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.