• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

“Nəriman Nərimanov” metrosu ətrafında bu obyektlər sökülür

29 İyun, 26 / 18:21
A A
“Nəriman Nərimanov” metrosu ətrafında bu obyektlər sökülür

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Nərimanov rayonu, Təbriz küçəsinin “böyük meydan” adlanan ərazisində söküntü işlərinə başlanılıb.

Nəzər.Media yenisabah.az-a istinadla xəbər verir ki, AYNA tərəfindən nəzərdə tutulmuş layihəyə əsasən, burada daha insanyönümlü mühit, eynisəviyyəli piyada keçidləri, velozolaqlar və ictimai nəqliyyat üçün əlverişli şərait yaradılacaq.

“Nəriman Nərimanov” metrostansiyasının ətrafındakı piyada və nəqliyyat axını nəzərə alınaraq, avtobuslar üçün kiçik mübadilə mərkəzi yaradılacaq, yeni piyada keçidləri təşkil olunacaq və kəsintisiz piyada mühiti formalaşdırılacaq.

Görüləcək işlərlə əlaqədar sözügedən ərazinin ətrafı arakəsmələrlə bağlanıb. Yaxın günlərdə ərazidə yerləşən bir sıra obyektlərin söküntüsünə başlanılacaq. Söküntü işləri ilə bağlı artıq obyekt sahiblərinə məlumat verilib. Həmçinin layihənin həyata keçirilməsi ilə geniş və maneəsiz səkilər, yaşıllıq elementləri, daha keyfiyyətli ictimai məkanlar və müasir dayanacaq infrastrukturu qurulacaq.

Nəzərdə tutulan işlər yekunlaşdıqdan sonra küçə avtomobillər, piyadalar, ictimai nəqliyyat istifadəçiləri və şəhər sakinləri üçün daha rahat, təhlükəsiz və funksional məkana çevriləcək.

Xatırladaq ki, bir neçə ay əvvəl “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində Təbriz küçəsinin yenidənqurma layihəsi ictimaiyyətə təqdim olunmuşdu.

Previous Post

Xətai rayonunda məişət tullantıları sahəsində yanğın

Next Post

Şəmkirdə itkin düşən yeniyetmənin meyiti tapıldı

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.