• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

Nəzərbəy Hacıağayev: Hərbi qüdrətimiz regionda bizi əsas söz sahiblərindən edir – ARAŞDIRMA

18 Oktyabr, 26 / 22:22
A A
Nəzərbəy Hacıağayev: Hərbi qüdrətimiz regionda bizi əsas söz sahiblərindən edir – ARAŞDIRMA

Hərbi qüdrətimiz bizim regional güc olduğumuzun sübutudur. Bəzən biz dövlətlərinin əhalisinin sayına görə həmin dövlətləri nədənsə qüdrətli hesab edirik. Ancaq müasir döyüşlərin qılınclarla, süvari ordularla aparılmadığını unuduruq. Düzdür, müharibə aparan ölkənin müharibə apardığı zaman əhalisinin sayının önəmi olsa da, əsas faktor deyil. Ancaq müasir müharibələrdə, xüsusilə son illərdə Ukrayna-Rusiya münaqişəsi zamanı müşahidə etdik ki, əhalinin sayı heç bir əhəmiyyət daşımır. Əhəmiyyət daşıyan ölkənin hərbi büdcəsi, bu büdcənin əsasında ordunun müasir texnologiyalarla formalaşdırılmasıdır. Silahlarının modernizə edilməsi ordunun yeni nəsil döyüşlərə cavab verməsidir. Eyni zamanda peşəkar zabit və əsgər heyətinin hazırlanmasıdır. Deməli, buradan bizə aydın olur ki, ölkənin hərbi büdcəsi ordunun gücünə təsir edən əsas amillərdən biridir. Hətta mən deyərdim ki, birincisidir. Bu gün Azərbaycanın hərbi büdcəsinə nəzər yetirsək, hərbi qüdrətimiz regionda bizi əsas söz sahiblərindən edir. Mən bunu elə-belə pafos xarakterli demirəm. Sırf rəsmi statistikalara əsaslanaraq deyirəm. İndi dövlətimizin hərbi büdcəsini digər dövlətlərlə müqayisə edək. Ancaq müqayisə zamanı həmin dövlətin əhalisinin sayını da yaddan çıxartmayaq. İlk öncə bildirmək istəyirəm ki, 2026-cı ilin rəsmi açıqlamasına görə 8 milyard, 700 milyondan çoxdur. Torpaqlarımız işğaldan azad olunmamışdan əvvəl bizə hərbi dəstəyindən daim söz açan, əhalisinin sayına görə dünyada ön sıralarda olan Pakistanın hərbi büdcəsi bizimkindən o qədər də çox deyil. Hindistana meydan oxuyan bu dövlətin hərbi büdcəsi cəmi 10 milyard, 800 milyondur. Aramızdakı siyasi problemlərimin bitmədiyi İran İslam Respublikasının hərbi büdcəsi o qədər fövqəladə olmayaraq bizdən güclü olmadığını müşahidə edirik. İranın büdcəsi cəmi 9 milyard 230 milyondur. Ərəb dünyasının incisi sayılan, əhalisi bizdən 10 dəfədən də çox olan 107 milyonluq Misirin hərbi büdcəsi bizdən 4 dəfə az olaraq cəmi 2 milyard, 700 milyondur. Dünyada əhalisinin sayına görə ən böyük müsəlman dövləti olan Malayziyanın hərbi büdcəsi isə 21 milyard 740 milyondur. Türk dünyasına gəldikdə isə ölkəmiz qardaş Türkiyədən sonra ikinci pillədə dayanır. Ölkəmiz əhalisinin sayı 20 milyondan çox olan Qazaxıstanı və əhalisinin sayı 37 milyondan çox olan Özbəkistanı da qabaqlamağı bacarır. Yəni deyəcəyim odur ki, ordumuzun gücü o səviyyədədir ki, regionda, hətta dünyada sözümüzü heç kimdən asılı olmayaraq özümüz demək iqtidarındayıq. Biz 91 ədəd tankı olan, hərbi hava qüvvələrində bir dənə də təyyarəsi olmayan, 231 milyon dollar hərbi büdcəsi olan Bosniya və Herseqovina deyilik. Biz istənilən dost dövlətə kömək edə biləcək səviyyədə bir dövlətik. Hansı dövlət də bizə meydan oxusa, statistika gözünün qabağındadır. Biz bu silahları da heç kəsdən borc alıb yığmamışıq. Cənab Prezidentin dediyi kimi, öz pulumuzla almışıq. Bəzi müsəlman dövlətlərinin hərbi büdcələri ilə sizi tanış edirəm.
Səudiyyə Ərəbistanı – 83 milyard
Türkiyə – 27 milyard, 340 milyon
Malayziya – 21 milyard, 740 milyon
BƏƏ – 24 milyard
Pakistan – 10 milyard, 800 milyon
İran – 9 milyard 230 milyon
AZƏRBAYCAN – 8 milyard, 700 milyon
Qazaxıstan – 5 milyard, 800 milyon
Özbəkistan – 2 milyard, 800 milyon
Misir – 2 milyard 700 milyon
Türkmənistanın hərbi büdcəsi – 1 milyard, 460 milyon
İordaniya – 2 milyard, 530 milyon
Bəhreyn – 1 milyard, 500 milyon
Qırğızıstan – 601 milyon
Bosniya və Herseqovina – 231 milyon

//Nəzərbəy Hacıağayev, Nəzər.Media

Previous Post

Azərbaycan Premyer Liqası-VIII TUR-TURNİR CƏDVƏLİ

Next Post

Azərbaycanda polis rəisinin müavini vəfat edib

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.