Ankarada keçiriləcək NATO Zirvəsi öncəsi Türkiyənin alyansdakı rolu diqqət mərkəzinə düşüb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, xarici media Türkiyənin müdafiə sənayesindəki inkişafını xüsusi vurğulayıb.
Bildirilir ki, Prezident Rəcəb Tayyib Ərdoğan ilə ABŞ Prezidenti Donald Tramp arasındakı münasibətlər Ankaranın mövqeyini gücləndirib. Türkiyənin həm silah istehsalı, həm də vasitəçilik imkanları yüksək qiymətləndirilir. Bir sıra nəşrlər Ankaranı NATO-nun əsas tərəfdaşlarından biri kimi təqdim edib.
Qeyd edək ki, Ankara zirvəsində müdafiə sənayesi və hərbi əməkdaşlıq əsas müzakirə mövzuları olacaq. Ekspertlər Türkiyənin alyans daxilində təsir imkanlarının daha da artacağını bildirirlər.
//Nəzər.Media
