NATO Baş katibi Mark Rutte alyansa qarşı hər hansı hücumun dağıdıcı cavabla qarşılanacağını bildirib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Rutte NATO-nun bütün üzvlərini qorumağa hazır olduğunu deyib.
Rutte Ukraynaya dəstəyin xeyriyyə deyil, ümumi təhlükəsizlik üçün vacib addım olduğunu vurğulayıb.
İsveçdə keçiriləcək NATO toplantısında müdafiə və təhlükəsizlik məsələləri müzakirə olunub. NATO rəhbəri alyansın hər qarış ərazisini qorumaqda qərarlı olduqlarını bildirib.
//Nəzər.Media
