• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Manşet

Naxçıvan MR-nın Baş naziri Xameneinin vida protokolunda niyə olmayıb? - Açıqladı

08 İyul, 26 / 15:37
A A
Naxçıvan MR-nın Baş naziri Xameneinin vida protokolunda niyə olmayıb? - Açıqladı

Bir neçə gün əvvəl Azərbaycanın nümayəndə heyəti Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə İranın ali dini lideri Əli Xameneinin vida mərasimində iştirak etmək üçün İrana səfər edib. Səfərdə nümayəndə heyətinin tərkibində Baş nazirin müavini Şahin Mustafayev, Milli Məclisin sədr müavini Ziyafət Əsgərov və Naxçıvan Muxtar Respublikası Baş naziri Cabbar Musayev də yer alıb.

Manset.az-ın əldə etdiyi məlumata görə, nümayəndə heyətini İrana aparan təyyarədən düşən şəxslər arasında Naxçıvan MR-nın Baş naziri Cabbar Musayev də olub. Lakin o, vida mərasiminin rəsmi hissəsində və protokolda görünməyib. Bu da bir sıra müzakirələrə səbəb olub. Cabbar Musayevin hansı səbəbdən protokolda yer almaması isə məlum olmayıb.

Manset.az məsələnin ciddiliyini nəzərə alaraq Naxçıvan Muxtar Respublikasının Baş naziri Cabbar Musayevlə əlaqəyə keçə bilib. O, açıqlamasında protokolda yer almamasının texniki səbəblərdən baş verdiyini bildirib:

“Mənim həmin protokolda iştirak etməməyim texniki səbəblərlə bağlı idi. Bu barədə qarşı tərəfə rəsmi qaydada məlumat verildi. Vida mərasimində iştirak edənlərin sayı çox olduğu üçün sıxlıq var idi. Avtomobillər də hissə-hissə buraxılırdı. Burada hansısa siyasi məsələ yoxdur, problem təşkilati məsələlərlə bağlı idi. Ümumi olaraq mən ölkə adından kənarda başsağlığı verdim”, – deyə Baş nazir bildirib.

 

Previous Post

“Yasemince” serialının aktrisası insult keçirdi

Next Post

36 mindən çox abituriyent imtahan verəcək

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.