Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start veriləcək. PFL bu günə iki qarşılaşma təyin edib.
Günün ikinci qarşılaşmasında “Neftçi” “Palms Sports Arena”da “Araz-Naxçıvan”ı qəbul edib. “Ağ-qaralar”la Muxtar Respublika təmsilçisinin görüşünü Rəşad Əhmədov idarə edib. Gərgin keçən matçda “Neftçi” “Araz-Naxçıvan”ı 5:0 daramadağın edib.
“Neftçi”-“Araz-Naxçıvan”-5:0
Qollar: 14.Breno Almeyda(1:0),17..Breno Almeyda(2:0),35.Falaye Sako(3:0),41.İqor Riberyo(4:0),90+1Endryu Qravilyon(5:0)//
Qeyd etdiyimiz kimi futbol üzrə Azərbaycan Premyer Liqasının II turuna dünən start verilib. Açılış günündə iki qarşılaşma baş tutub.
Günün və turun ilk oyununda “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “Şəfa”nı qəbul edib. “Qırmızı-qaralar”la Bakı təmsilçisini görüşünü İnqilab Məmmədov idarə edib. Görüş 0:1 “Şəfa”nın xeyrinə başa çatıb.
“Qəbələ”- “Şəfa”-0:1
Qollar: //69.Musa Quel(0:1)
Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə İdman Kompleksinin Stadionu”nda “İmişli”ni qəbul edib. “Mavi qartallar”la “pələnglər”in görüşünü Əli Əliyev idarə edib. Matç 3:1 “Zirə”nin xeyrinə başa çatıb.
“Zirə”-“İmişli”- 2:1
Qollar:43.Erən Aydın(1:0),80.Ruan Renato(2:0),90+5.Davi Volkov(3:1)// 82. Dieqo Almeyda(2:1)
Bu gün bir qarşılaşma baş tutub.
Günün ilk qarşılaşmasında “Turan Tovuz” “Tovuz Şəhər Stadionu”nda “Şamaxı”nı qəbul edib. “Boz qurd”la “şirlər”in görüşünü Rauf Cabarov idarə edib. Görüş başladığı hesabla bittib.
“Turan Tovuz”-“Şamaxı”-0:0
Qollar:
Qeyd edək ki, “Sabah”-“Sumqayıt” və “Qarabağ”-“Kəpəz” oyunları “Sabah” və “Qarabağ”ın Avrokuboklardakı oyunları ilə əlaqədar təxirə salınıb.
