• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home İdman

"Neftçi" növbəti qələbəsini qazandı-YENİLƏNİB-5

05 Aprel, 26 / 19:58
A A
"Neftçi" növbəti qələbəsini qazandı-YENİLƏNİB-5

Azərbaycan Premyer Liqasının XXVI turu çərçivəsində keçirilən “Sumqayıt”-“Neftçi” oyunu başa çatdı. Gərgin keçən oyun 1:3 “Neftçi”nin xeyrinə başa çatdı.

xxxx

Oyunun 89-cu dəqiqəsində Vensan Abubakar “Neftçi”nin üçüncü topuna imza atdı-“Sumqayıt”-“Neftçi”-1:3

xxxx

Oyunun 65-ci dəqiqəsində İfeanyi Metyu “Neftçi”nin ikinci topuna imza ataraq komandasını yenidən hesabda önə keçirdi-“Neftçi”-“Sumqayıt”-1:2

xxxx

Oyunun 53-cü dəqiqəsində Nikola Ninkoviç “Sumqayıt”ın bərabərlik topua imza atdı-“Neftçi”-“Sumqayıt”-1:1

xxxx

“Sumqayıt”-“Neftçi” oyununda tərəflər fasiləyə yollandı. İlk hissədən sonra “Neftçi” 0:1 hesabı irəlidədir

xxxx

Bu gün milli komandanın “FIFA Series – 2026” turniri çərçivəsində keçirilən oyunlarla əlaqədar yaranmış fasilədən sonra Azərbaycan Premyer Liqasında XXVI tura start verilib. PFL bu günə iki qarşılaşma təyin edib.

Günün ikinci qarşılaşmasında gənclik şəhər təmsilçisi “Sumqayıt” “Neftçi”ni qəbul edir. “Kimyaçılar”la “ağ-qaralar”ın oyununu Kamal Umudlu idarə edir. Artıq oyunun 36-cı dəqiqəsində “Neftçi” Fredi Varqasın qolu ilə hesabı açdı-“Sumqayıt”-“Neftçi”-0:1

Turun digər görüşləri Bazar ertəsi və Çərşənbə axşamı günü baş tutacaq. PFL Bazar ertəsi günü bir qarşılaşma təyin edilib.

Günün yeganə qarşılaşmasında “Qarabağ” “Tofiq Bəhramov adına Respublika Stadionu”nda “Karvan-Yevlax”ı qəbul edəcək. “Köhlən atlarlar”la Yevlax təmsilçisinin görüşünü Kamranbəy Rəhimov idarə edəcək.

Turun sonuncu görüşləri Çərşənbə axşamı günü keçiriləcək. PFL Çərşənbə axşamı gününə üç qarşılaşma təyin edib.

Günün açılış qarşılaşmasında “İmişli” “Quba Olimpia Kompleksinin Stadionu”nda “Turan Tovuz”u qəbul edəcək. “Pələnglər”lə “Boz qurd”un oyununu Rəvan Həmzəzadə idarə edəcək.

Günün ikinci qarşılaşmasında “Zirə” “Zirə Olimpia Komplkesinin Stadionu”nda “Şamaxı”nı qəbul edəcək. “Mavi qartallar”la “Şirlər”in oyununu Elçin Məsiyev idarə edəcək.

Günün və turun sonuncu qarşılaşmasında “Araz-Naxçıvan” “Liv Bona Dea Arena” “Sabah”ı qəbul edəcək. Muxtar Respublika təmsilçisi ilə “bayquşlar”ın görüşünü Fərid Hacıyev idarə edəcək.

Bu gün bir qarşılaşma baş tutub.

Günün və turun açılış oyununda qədim Gəncə təmsilçisi “Kəpəz” “Yevlax Şəhər Stadionu”nda “Qəbələ”ni qəbul edib. Görüşün ilk hissəsi başladığı hesabla bitib-“Kəpəz”-“Qəbələ”-0:0. Oyunun 74-cü dəqiqəsində İsmael Akinadenin qolu ilə “Qəbələ” hesabl açıb-“Kəpəz”-“Qəbələ”-0:1. Oyunun 90-cı dəqiqəsində Domi Massumo “Qəbələ”nin ikinci topuna imza atıb-“Kəpəz”-“Qəbələ”-0:2. Bu oyunda vurulan son qol oldu və “Qəbələ” matçdan 0:2 qalib ayrıldı.

 

 

 

Previous Post

"Qəbələ" növbəti qələbəsini qazandı-YENİLƏNİB-3

Next Post

8-ci Etnospor Forumu Antalyada baş tutdu - FOTOLAR

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.