
Azərbaycan Premyer Liqasının XXVII turu çərçivəsində keçirilən “Neftçi”-“Araz-Naxçıvan” oyunu başa çatdı. Gərgin keçən matç 2:1 “Neftçi”nin xeyrinə başa çatdı.
xxx
Oyunun 65-ci dəqiqəsində “Araz-Naxçıvan” Slavik Alxasovun qolu ilə hesab arasında fərqi azaltdı-“Neftçi”-“Araz-Naxçıvan”-2:1
xxxx
Oyunun 57-ci dəqiqəsində Breno Almeyda “Neftçi”nin ikinci topuna imza atdı-“Neftçi”-“Araz-Naxçıvan”-2:0
xxxx
“Neftçi”-“Araz-Naxçıvan” oyununda tərəflər fasailəyə yollandı. İlk hissədən sonra “Neftçi” 1:0 irəlidədir.
xxxx
Dünən futbol üzrə Azərbaycan Premyer Liqasının XXVII tura start verilib. PFL bu günə üç qarşılaşma təyin edib.
Günün üçüncü qarşılaşmasında “Neftçi” “Palms Sports Arena”da “Araz-Naxçıvan”ı qəbul edir. “Ağ-qaralar”la Muxtar Respublika təmsilçisinin görüşünü Əli Əliyev idarə edir. Arıtıq oyunun 32-ci dəqiqəsində “Neftçi” İmad Farajın qolu ilə hesabı açdı-“Neftçi”-“Araz-Naxçıvan”-1:0
Turun sonuncu görüşləri Bazar günü baş tutacaq. Bazar günü iki qarşılaşma baş tutacaq.
Günün ilk qarşılaşmasında “Qəbələ” “Qəbələ Şəhər Stadionu”nda “İmişli”ni qəbul edəcək. “Qırmızı-qaralar”la “pələnglər”in görüşünü Rəşad Əhmədov idarə edəcək.
Günün və turun sonuncu qarşılaşmasında “Turan Tovuz” “Tovuz şəhər stadionu”nda gənclik şəhər təmsilçisi “Sumqayıt”ı qəbul edəcək. “Boz qurd”la “kimyaçılar”ın görüşünü Kamranbəy Rəhimov idarə edəcək.
Qeyd etdiyimiz günü futbol üzrə Azərbaycan Premyer Liqasının XXVII turuna dünən start verilib.
Günün açılış qarşılaşmasında “Karvan Yevlax” “Yevlax Şəhər Stadionu”nda “Kəpəz”i qəbul edib. Artıq oyunun 38-ci dəqiqədinsə “Karvan-Yevlax” Rauf Rüstəmlinin qolu ilə hesabı açıb-“Karvan-Yevlax”-“Kəpəz”-1:0. Oyunun 45+1-ci dəqiqəsində Rauf Rüstəmli “Kəpəz”in ikinci topuna imza atıb-“Karvan-Yevlax”-“Kəpəz”-2:0. İlk hissə “Karvan-Yevlax”ın 2:0 üstünlüyü ilə bitib. Oyunun 48-ci dəqiqəsində “Kəpəz” Fərid Nəbiyevin qolu ilə hesab arasındakı fərqi azaldıb-“Karvan-Yevlax”-“Kəpəz”-2:1. Oyunun 65-ci dəqiqəsində Eltun Turabov “Karvan-Yevlax”-ın üçüncü topuna imza atıb-“Karvan-Yevlax”-“Kəpəz”-3:1. Oyunun 90+4-cü dəqisəində Rauf Rüstəmli “xett-rik” edərək özünün üçüncü “Karvan-Yevlax”ın dördündü topuna imza atıb-“Karvan-Yevlax”-“Kəpəz”-4:1. Bu oyunda son qol olub və “Karvan-Yevlax” matçdan 4:1 qalib ayrılıb.
Bu gün iki qarşılaşma baş tutub.
Günün ilk oyununda “Şamaxı” “Şamaxı Şəhər Stadionu”nda “Qarabağ”ı qəbul edib. Görüşün ilk hissəsində tərəflərdən heç biri fərqlənə bilməyib-“Şamaxı”-“Qarabağ”-0:0. Görüşün ikinci hissəsində də qol olmayıb və görüş başladığı hesabla bitib-“Şamaxı”-“Qarabağ”-0:0.
Günün ikinci qarşılaşmasında “Sabah” “Bank Respublika Arena”da “Zirə”ni qəbul edib. Artıq oyunn 16-cı dəqiqəqsində “Sabah” Coy Lens Mikelsin qolu ilə hesabı açıb-“Sabah”-“Zirə”-1:0. Oyunun 34-cü dəqiqəsində Ruan Renato penaltidən “Zirə”nin bərabərlik topuna imza atıb-“Sabah”-“Zirə”-1:1. Oyunun 40-cı dəqiqəsində Erən Aydın “Zirə”nin ikinci topuna imza ataraq komandasını esabda önə keçirib-“Sabah”-“Zirə”-1:2. İlk hissə “Zirə”nin 1:2 üstünlüyü ilə başa çatıb. Oyunun 51-ci dəqiqəsində İqor Noqeyra “Sabah”ın ikinci topuna imza ataraq hesabı bərabərləşdirib-“Sabah”-“Zirə”-2:2. Bu oyunda vurulan son qol olub və tərəflər hərəyə iki dəfə fərqlənməklə bir xala qane oldub-“Sabah”-“Zirə”-2:2.
