10 iyul 3×3 basketbol üzrə Dünya Qadın Seriyasında Kaseres (İspaniya) mərhələsinin ikinci oyun gününün görüşləri keçirilib. Ölkəmizi bu mərhələdə təmsil edən “Neftçi” klubu 1/4 final oyununda yerli İspaniya millisinə 16:15 hesabı ilə qalib gəlib və yarımfinala vəsiqə qazanıb. Qeyd edək ki, “Neftçi” klubu yarımfinalda Latviya seçməsi ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 23:40-da baş tutacaq.
