İsraildə müxalif Demokratlar Partiyasının lideri Yair Qolan Baş nazir Benyamin Netanyahunu seçkiləri pozmağa çalışmaqda ittiham edib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Qolan Netanyahu seçkilərin nəticələrini qəbul etməyə bilər.
Qolan bu barədə “Yedioth Ahronoth” qəzetinin təşkil etdiyi konfransda danışıb. O, müxalifətin qələbə qazanacağına inandığını bildirib. Qolan ABŞ-da 2021-ci il yanvarın 6-da Konqresə hücumu xatırladaraq, oxşar hadisənin İsraildə də baş verə biləcəyi barədə xəbərdarlıq edib.
//Nəzər.Media
