İsrailin keçmiş baş prokuroru Aviçay Mandelblit Benyamin Netanyahunun korrupsiya işi üzrə məhkəmədə ifadə verib. Nəzər.Media Türkiyənin “Hürriyyət” qəzetinə istinadən xəbər verir ki, Mandelblit müdafiə tərəfinin suallarını cavablandırıb.
Netanyahunun vəkilləri istintaq zamanı qanun pozuntularına yol verildiyini iddia edirlər. Mandelblit istintaqın əsas addımlarını təsdiqlədiyini, lakin hər əməliyyata ayrıca icazə vermədiyini bildirib. Məhkəmədə istintaqa verilən icazələrin qaydası əsas müzakirə mövzusu olub.
//Nəzər.Media
