İsrailin hakim Likud Partiyasında namizədlərin siyahısı ilə bağlı fikir ayrılığı yaranıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, Baş nazir Benyamin Netanyahu müstəqil siyahı ilə seçkiyə qatıla biləcəyinə işarə edib.
Partiya avqustun 4-də ilkin seçki keçirmək qərarı verib. Siyasi müşahidəçilər partiyadaxili gərginliyin artdığını bildirirlər.
//Nəzər.Media
