DÇ-2026-nın F qrupunun I turu çərçivəsində Niderland Yaponiya ilə qarşılaşıb. Görüşün ilk hissəsi başladığı hesabla bitib-Niderland-Yaponiya-0:0. Oyunun 51-ci dəqiqəsində “narıncılar” Vircil Van Daykın qolu ilə hesabı açdı-Niderland-Yaponiya-1:0. Oyunun 57-ci dəqiqəsində Keito Nakamuro Yaponiyanın bərabərlik topuna imza atdı-Niderland-Yaponiya-1:1. Oyunun 64-cü dəqiqəsində Krisensio Sammervill Niderlandın ikinci topuna imza ataraq komandasını yenidən hesabda önə keçirdi-Niderland-Yaponiya-2:1. Oyunun 88-ci dəqiqəsində Daiçi Kamada Yaponiyanın ikinci topuna imza ataraq ikinci dəfə hesabı bərabərləşdirdi-Niderland-Yaponiya-2:2. Bu oyunda son qol oldu və tərəflər hərəyə iki qol vuraraq bir xala qane oldular-Niderland-Yaponiya-2:2
