Nigeriyada ilin əvvəlindən 65 mindən çox şübhəli vəba halı qeydə alınıb. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, xəstəlik ölkənin 35 ştatında yayılıb.
Həftəlik yoluxma hallarının sayı əvvəlki dövrlə müqayisədə azalıb. Buna baxmayaraq, ölkənin Xəstəliklərə Nəzarət Mərkəzi epidemiyanın bitmədiyini bildirib. Riskli bölgələrdə peyvəndləmə və təmiz su tədbirləri davam etdirilir.
//Nəzər.Media
