Fransa millisinin futbolçusu Maykl Olise yenidən gündəmə gəlib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, bu dəfə səbəb onun şəxsi həyatı olub.
Keçmiş sevgilisi futbolçunun 20 aylıq qızının atası olduğunu DNT nəticələri ilə təsdiqlədiyini bildirib.Qadın uşağın saxlanılması üçün 60 min avro aliment tələb edir.Olisenin vəkilləri isə qanun çərçivəsində ödəniş təklif etdiklərini, lakin razılıq əldə olunmadığını açıqlayıblar.
Hazırda tərəflər arasında məhkəmə çəkişməsi davam edir.
//Nəzər.Media
