• Haqqımızda
  • Əlaqə
Nezer.Media
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1
No Result
View All Result
Nezer.Media
No Result
View All Result
Home Hadisə

Övladlarının qəyyumluğu ona verilən ana "narkomandır"? - Çarəsiz ata FƏRYAD ETDİ

15 May, 26 / 23:07
A A
Övladlarının qəyyumluğu ona verilən ana "narkomandır"? - Çarəsiz ata FƏRYAD ETDİ

Gəncə şəhərində yaşayan Şəhran Mehdizadə keçmiş həyat yoldaşından şikayətçidir.

Yeniera.az-a müraciət edən, əslən iranlı olan Gəncə şəhər sakini Şəhran Mehdizadə bildirib ki, onun üç övladının – 14 yaşlı Fatimə, 11 yaşlı Əlirza və 9 yaşlı Məsumənin həyat və sağlamlığı ciddi risk altındadır.

Belə ki, redaksiyamıza şikayət xarakterli məktub ünvanlayan Ş.Mehdizadə qeyd edib ki, o, beş il öncə həyat yoldaşından boşanıb və məhkəmə uşaqların qəyyumluğunu anasına verib.

Lakin Mehdizadə iddia edir ki, uşaqların anası narkotik vasitələrdən istifadə edir və övladlarını xəbərsiz şəkildə Bakı şəhərinə apararaq onları təhlükəli və baxımsız mühitdə saxlayır.

Çarəsiz ata müraciətində əlavə edib ki, uşaqlar hazırda ac-susuz, təhsildən tamamilə kənarda qalıblar. O vurğulayıb ki, Gəncə şəhər 20 saylı tam orta məktəb rəhbərliyinə də bu barədə məlumat verib.

​Ş.Mehdizadənin sözlərinə görə, onun övladlarına təhsil verməsi və normal yaşaması üçün maddi durumu yetərlidir.

Azyaşlıların atasının dediklərinə əsasən, o, keçmiş həyat yoldaşının övladlarını harada saxladığını da tapa bilib:

“Uşaqlarımı gedib tapmışam, anaları ilə birlikdə Bakının Binə qəsəbəsin

də qalırlar. Həmçinin o qadının “sevgilisi” var. Uşaqlar onun sevgilisi, eyni zamanda Əkbər, Vüsal və Günay adlı qadın tərəfindən zor gücünə orada saxlanılır. Ora yaxınlaşdıqda onlar mənə də hücum etdilər”.

Ş.Mehdizadə sonda aidiyyati qurumlardan xahiş edib ki, övladlarının qəyyumluğunu ona verilsin və bu məsələyə dərhal müdaxilə edilsin.

Məsələ ilə bağlı aidiyyatı qurumlara məlumat verilib. Sözügedən məsələnin araşdırılması istiqamətində araşdırma aparılır.

Previous Post

İlham Əliyevin sosial şəbəkə hesablarında Qazaxıstana səfərindən görüntülər paylaşılıb - VİDEO

Next Post

Qazaxıstanın dövlət qulluqçuları “ASAN xidmət” təcrübəsini öyrənirlər

Ən çox oxunanlar

  • Gündəlik
  • Həftəlik
  • Aylıq
Yüklənir...
  • Haqqımızda
  • Əlaqə

© 2025 Nezer.Media - Xəbər Portalı.

No Result
View All Result
  • Gündəm
  • Dünya
  • Siyasət
  • Cəmiyyət
  • İqtisadiyyat
  • Hadisə
  • Mədəniyyət
  • Maqazin
  • Maraqlı
  • Digər
    • Media
    • İdman
    • PFL
    • Formula-1

© 2025 Nezer.Media - Xəbər Portalı.