Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ Prezidenti Donald Trampa təşəkkür edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, təşəkkür İranla bağlı atəşkəsi uzatdığı üçündür.
O bununla bağlı özünün sosial şəbəkəsində yazıb. Şərif münaqişənin yalnız danışıqlar yolu ilə həllinin mümkün olduğunu vurğulayıb. Pakistan tərəfi İslamabadda planlaşdırılan görüşlərdə daimi sülh razılaşmasının əldə olunacağına ümid edir. ABŞ isə atəşkəs davam edərkən ordunun yüksək hazırlıq vəziyyətində qalacağını açıqlayıb.
//Nəzər.Media
