ABŞ Prezidenti Donald Tramp İranla bağlı sərt açıqlamalar verib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, o, Hörmüz boğazının açıq qalmasının İran üçün gündəlik böyük gəlir mənbəyi olduğunu bildirib.
Tramp iddia edib ki, Tehran əslində boğazın bağlanmasını istəmir, sadəcə imicini qorumağa çalışır. O, həmçinin İranla razılaşmanın mümkün olmadığını vurğulayıb. ABŞ tərəfi atəşkəsi uzatsa da, boğazdakı hərbi nəzarətin davam edəcəyini açıqlayıb.
//Nəzər.Media
