Almaniyanın aparıcı aviaşirkəti “Lufthansa” 20 min qısa məsafəli uçuşu ləğv edib. Nəzər.Media Türkiyənin “Hürriyət” qəzetinə istinadən xəbər verir ki, buna səbəb yanacaq qiymətlərinin kəskin artmasıdır.
Şirkət bildirib ki, İran müharibəsindən sonra aviasiya yanacağının qiyməti iki dəfə artıb. Qərara əsasən marşrut şəbəkəsi yenidən qurulub və sərnişinlər əsasən Frankfurt, Münhen və digər mərkəzlər üzərindən uçmalı olacaq. Bəzi istiqamətlər üzrə birbaşa reyslər tam dayandırılıb. Qərarın tətbiqinin ilk günündə artıq 120 uçuş ləğv edilib.
//Nəzər.Media
